Şənbə, 06 İyul

"Rusdilli əhaliyə qarşı..." - Lavrov Qazaxıstanı HƏDƏLƏDİ

image

Qazaxıstanın rusdilli vətəndaşlarına qarşı ayrı-ayrı ksenofobiya faktları Rusiya ilə əməkdaşlığı gözdən salmaq məqsədi daşıyır.

Xəbər verilir ki, bu sözləri Rusiya Xarici işlər naziri Sergey Lavrov “Rossiyskaya qazeta”da dərc olunan məqaləsində bildirib.

Məqalədə deyilir: “Təəssüf ki, son vaxtlar biz Qazaxıstanın rusdilli vətəndaşlarına qarşı ksenofobiyanın bir sıra əks-səda doğuran təzahürlərinə şahid olduq. Bu hallar əsasən xaricdən xüsusi informasiya texnikasının istifadəsinin nəticəsidir ki, bu da kiçik şəhərlərdə millətçiliyin aşılanmasına və Rusiya ilə əməkdaşlığın gözdən salınmasına yönəlib”.

Bununla belə, nazir qeyd edib ki, Nur-Sultanla ikitərəfli münasibətlərin səviyyəsi hər bir narahatlıq yaradan hadisə üçün birgə operativ tədbir görməyə imkan verir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rişi Sunak istefa verdi

  • 05.07.2024 - 14:15